XİDMƏTLƏR

Layihə yükləri

Xüsusi layihə yüklərinin aşırılması, yükqaldırma əməliyyatlarının icrası və həmin yüklərin daşınması xüsusi texniki diqqət və keyfiyyət tələb edir. Şirkətimizin bu sahədə qazandığı təcrübə və ixtisaslı işçi və mühəndis heyyəti ilə əməkdaşlığı xüsusi layihə yüklərinin təhlükəsiz şəkildə aşırılmasına və daşınmasına imkan verir. Bu yüklərin aşırılması və daşınması əməliyyatları şirkətimizin təcrübəli və ixtisaslı mühəndisləri tərəfindən planlaşdırılır və icra edilir. Planlaşdırma prosesi özündə innovativ həlləri, texniki məlumatları və hesablamaları əks etdirir.

Ümumi yüklər 

“Stevedoring” MMC -nin ümumi yüklərin aşırılmasında və saxlanmasında geniş təcrübəsi var. Şirkətimizin təcrübəsi yüklərin geniş çeşidi ilə işləməyə imkan verir, məsələn:

  • Paletləşdirilmiş və qablaşdırılmış yüklər;
  • Kisələrdə səpkili yüklər;
  • Metall və metalloprokat məhsulları;
  • Tikinti materialları;
  • Qida məhsulları;
  • Sellüloza və kağız;
  • Pambıq;
  • İstehlak malları və zərərsiz kimyəvi məhsullar;
  • Meşə materialları və taxta-şalban;
  • Maşın və avadanlıq, Ro-Ro (göyərtə) yükləri

“Stevedoring” MMC polad yüklərin aşırılmasında ixtisaslaşmışdır, məsələn: metal, rulon və paket metal təbəqələr, borular,  metal külçələr, səpkili formada xam dəmir,  dəmir ərintiləri və dəmir filizi xammalı. Həmçinin taxıl, dəmir filizi, kömür,  koks, ağac qranulları, qıxmıq, duz, ərintilər, gübrələr, şəkər tozu, konsentratlar, çınqıl, qranullar, kənd təsərrüfatı məhsulları, heyvan yemləri, metal qırıntıları, dəmir ərintisi yüklərini də aşırırıq.

Konteynerlər

“Stevedoring” MMC ixtisaslaşmış konteyner aşırma qabiliyyəti təklif edir, sürətli və səmərəli xidmətlərlə təmin edir. Konteyner aşırma avadanlığı və bizim yüksək ixtisaslı işçilərimiz xidmətimizin sürət və səmərəliliyini təmin etməkdə əsas rol oynayır və şirkətimiz öz möhkəm reputasiyasını bunun üzərində qurmuşdur.

Şirkət konteyner aşırılmasında geniş miqyaslı xidmətlər təklif edir:

  • Konteynerlərin gəmilərə/gəmilərdən aşırılması;
  • Konteynerlərin dəmiryolu vaqonlarına/vaqonlarından yüklənməsi və boşaldılması;
  • Konteynerlərin avtomaşına/avtomaşından yüklənməsi və boşaldılması.

Səpkili yüklər

Bizim məqsədimiz biznesimizi ətraf mühiti qorumaqla icra etməkdir. “Stevedoring”-də işləyən hər bir kəs bu məqsəd üçün əlindən gələni etməyə məsuliyyət daşıyır. 

Ro-Ro əməliyyatları

Biz yük maşınlarını, qoşquları, yarım-qoşquları, minik maşınlarını, başqa avtomaşınları və maşınları boşaldırıq və hər bir müştərinin şirkətimizdən tələb etdiyi proses keyfiyyətini və detallara diqqəti eyni səviyyədə saxlayırıq. “Stevedoring” MMC-nin rəhbər idarəçilər komandası və bacarıqlı işçi qüvvəsi ən sadədən ən mürəkkəbə qədər bütün Ro-Ro yüklərində keyfiyyətli proses və prosedurları tətbiq edir və hər bir nəqliyyat tələbinə xüsusi diqqət yetirir. Biz məhsuldarlığı yüksək saxlayır və əmin oluruq ki, Ro-Ro yükaşırması etibarlı və təhlükəsizdir.