Əlaqə
Dəniz Vağzalı, Neftçilər pr. 62, Bakı, Azərbaycan, АZ1001
-
+994 12 5980208
info@stevedoring.az
www.stevedoring.az
Xüsusi layihə yüklərinin aşırılması, yükqaldırma əməliyyatlarının icrası və həmin yüklərin daşınması xüsusi texniki diqqət və keyfiyyət tələb edir. Şirkətimizin bu sahədə qazandığı təcrübə və ixtisaslı işçi və mühəndis heyyəti ilə əməkdaşlığı xüsusi layihə yüklərinin təhlükəsiz şəkildə aşırılmasına və daşınmasına imkan verir. Bu yüklərin aşırılması və daşınması əməliyyatları şirkətimizin təcrübəli və ixtisaslı mühəndisləri tərəfindən planlaşdırılır və icra edilir. Planlaşdırma prosesi özündə innovativ həlləri, texniki məlumatları və hesablamaları əks etdirir.
“Stevedoring” MMC -nin ümumi yüklərin aşırılmasında və saxlanmasında geniş təcrübəsi var. Şirkətimizin təcrübəsi yüklərin geniş çeşidi ilə işləməyə imkan verir, məsələn:
“Stevedoring” MMC polad yüklərin aşırılmasında ixtisaslaşmışdır, məsələn: metal, rulon və paket metal təbəqələr, borular, metal külçələr, səpkili formada xam dəmir, dəmir ərintiləri və dəmir filizi xammalı. Həmçinin taxıl, dəmir filizi, kömür, koks, ağac qranulları, qıxmıq, duz, ərintilər, gübrələr, şəkər tozu, konsentratlar, çınqıl, qranullar, kənd təsərrüfatı məhsulları, heyvan yemləri, metal qırıntıları, dəmir ərintisi yüklərini də aşırırıq.
“Stevedoring” MMC ixtisaslaşmış konteyner aşırma qabiliyyəti təklif edir, sürətli və səmərəli xidmətlərlə təmin edir. Konteyner aşırma avadanlığı və bizim yüksək ixtisaslı işçilərimiz xidmətimizin sürət və səmərəliliyini təmin etməkdə əsas rol oynayır və şirkətimiz öz möhkəm reputasiyasını bunun üzərində qurmuşdur.
Şirkət konteyner aşırılmasında geniş miqyaslı xidmətlər təklif edir:
Bizim məqsədimiz biznesimizi ətraf mühiti qorumaqla icra etməkdir. “Stevedoring”-də işləyən hər bir kəs bu məqsəd üçün əlindən gələni etməyə məsuliyyət daşıyır.
Biz yük maşınlarını, qoşquları, yarım-qoşquları, minik maşınlarını, başqa avtomaşınları və maşınları boşaldırıq və hər bir müştərinin şirkətimizdən tələb etdiyi proses keyfiyyətini və detallara diqqəti eyni səviyyədə saxlayırıq. “Stevedoring” MMC-nin rəhbər idarəçilər komandası və bacarıqlı işçi qüvvəsi ən sadədən ən mürəkkəbə qədər bütün Ro-Ro yüklərində keyfiyyətli proses və prosedurları tətbiq edir və hər bir nəqliyyat tələbinə xüsusi diqqət yetirir. Biz məhsuldarlığı yüksək saxlayır və əmin oluruq ki, Ro-Ro yükaşırması etibarlı və təhlükəsizdir.