Keyfiyyət və SƏTƏM siyasəti

Stevedoring MMC Beynəlxalq sertifikatlara malikdir:
Keyfiyyət üzrə ISO 9001:2015 ve Sağlamlıq, əməyin mühafizəsi üzrə ISO 45001:2018.

“Stevedoring” MMC-nin keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə ciddi qaydaları mövcuddur. Bu qaydalar Azərbaycan Respublikasının iş yerində sağlamlıq və texniki təhlükəsizlik qanunlarına, əsasnamələrinə və təlimatlarına uyğunlaşdırılmışdır. Bizim gündəlik fəaliyyətlərimizin çoxsaylı və mütəmadi olaraq yerinə yetirilən kritik və riskli əməliyyatlardan ibarətdir.  Bu kritik əməliyyatlar və fəaliyyətlərin icra edilməsi təhlükələr yarada və əgər uyğun tədbirlər görülməzsə fəlakətli nəticələri ola bilər. Bu təhlükə və risklərin qarşısının alınması və ehtimalların minimallaşdırılması üçün praktiki cəhətdən mümkün olan bütün tədbirlər dəyərləndirilmişdir. Yerinə yetirilən önləyici tədbirlərin əsas məqsədi riskləri qəbul edilən minimum səviyyəyə endirməkdir.

Ətraf mühitin qorunması bizim əsas məqsədlərimizdən biridir. “Stevedoring”MMC-in hər bir əməkdaşı bu məqsəd üçün birgə çalışır və əməliyyat prosesində ətraf-mühitin qorunması məsələlərini əsas prioritet kimi nəzərdə saxlayır .

Nəticədə, şirkətimiz öz əməliyyatlarını KSƏTƏM siyasətinə əsasən planlaşdırır və yerinə yetirir. Şirkətimiz göstərdiyi xidmətlər çərçivəsində ətraf mühitə hər hansı bir mənfi təsiri minimallaşdırır, hər hansı növ çirklənmənin qarşısını almaq üçün ən yaxşı formada hesablayaraq yerinə yetirir və aktiv şəkildə ətraf mühitə zərəri azaltmağın yollarını axtarır.