Əlaqə
Dəniz Vağzalı, Neftçilər pr. 62, Bakı, Azərbaycan, АZ1001
-
+994 12 5980208
info@stevedoring.az
www.stevedoring.az
Stevedoring MMC 2015ci ildən liman əməliyyatları, logistika, yükaşırma xidmətləri, yüklərin saxlanması kimi bir sıra xidmətləri həyata keçirən şirkətdir.
Korporativ dəyərlərimiz: keyfiyyət, davamlılıq və innovasiyadır.
Şirkətimiz stividorinq əməliyyatları, xüsusi layihə yüklərin aşırılması, yerüstü nəqliyyat, anbar sahəsinin idarə olunması, sənaye maşınları operatorluğu üzrə insan resurslarının təmin olunması eləcə də Roll on/Roll off xidmətləri üzrə ixtisaslaşmışdır.
Əlavə olaraq şirkətimiz boruların, kükürd, karbomid və buğda kimi səpkili yüklərin, taxta-şalban, metal lövhələr, qida məhsulları, konteynerlər və palletli yüklər kimi müxtəlif ceşidli yüklərin aşırılması üzrə geniş təcrübəyə məlikdir.
Bu xidmətlər ixtisaslaşmış avadanlıq və təcrübəli işçilər tələb edir. Müxtəlif yüklərin aşırılmasında böyük təcrübəsi nəticəsində “Stevedoring” MMC müştərinin tələb etdiyi istənilən ərazidə onların tələblərinə uyğun fərdi xidmətlər göstərə bilər.